Metroda maskasızlar cərimələndilər - FOTO

17:48 18.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metropoliteninin ayrı-ayrı stansiyalarında sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şərnişinlər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Metropolitenində polis şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları stansiyaların girişlərində, platformalarında, mövcud preventiv tədbirlərə əməl etməyən şəxslərlə profilaktiki söhbətlər aparıblar.

Üzərində maskası olmayan sərnişinlərə maskalar paylanılıb, maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal “maskadan istifadə edirəm, maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunub.

Qeyd edək ki, qanunvericiliyə görə, qapalı məkanlarda maska taxmaq məcburidir. Maska taxmaq tələbini pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimə tətbiq olunur. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnir.