Metropoliten energetik içkilərin reklamı ilə bağlı müqavilənin müddətini uzatmayacaq - Açıqlama

16:20 09.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə metrolarda energetik içkilərin reklamı, xüsusən də “Əhmədli” stansiyasında bu kimi reklamların yer alması ilə bağlı məlumat vermişdik.

Bu gün "Bakı Metropoliteni" QSC qaldırdığımız məsələ ilə bağlı rəsmi mövqeyini bildirib.

Hafta.az-a daxil olan məlumatda deyilir:

"Bakı metropolitenində reklam işinin təşkili Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbləri nəzərə alinmaqla həyata keçirilir. Bakı Metropoliteni" QSC-də reklam işinə daxili nəzarət mexanizmləri də mövcuddur. Qeyd etmək istəyirik ki, energetik içkilərlə bağlı reklam lövhələri Bakı metropoliteninin yalnız “Əhmədli” stansiyasında və bir neçə vaqonda yerləşdirilmişdir. Ötən illə müqayisədə energetik içkilərin reklamlarının Bakı metropolitenində yerləşdirilməsi əsaslı şəkildə azaldılmış və qeyd edilən reklamla bağlı müqavilə müddətinin uzadılması tərəfimizdən nəzərdə tutulmamışdır”.