Məzahir Pənahov: Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 min 174 nəfərdir

16:39 06.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 min 174 nəfərdir.

Hafta.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın yanvarın 6-da keçirilən iclasında deyib.

O qeyd edib ki, hazırda bələdiyyə seçkiləri ilə əlaqədar namizədliyi qeydə alınanların 8429 nəfəri 23 partiyanın namizədləridir.