Milli Məclisdə erməni millət vəkili olmalıdır? - MÜZAKİRƏ

15:29 26.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xankəndi ermənisinin Milli Məclisə deputat seçilməsi ilə  bağlı mövzunun ortaya qoyulması yanlışdır, səhvdir. İndi mən həmin bu fikirdə olanlara sual verirəm: Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu tarixi torpaqların əsl sahibi olan azərbaycanlılardan bir nəfəri də olsun bu gün Ermənistanda yaşayır, xeyir, yaşamır.  Bu gün Ermənistanda azərbaycanlı yaşamırsa, niyə o zaman Azərbaycan torpaqlarında hansısa bir erməni yaşamalıdır və hətta parlamentində də təmsil olunmalıdır.

Bu fikirləri hafta.az-a millət vəkili Elman Məmmədov deyib:

“Bunlar indiki zamanda xoşagəlməz, absurd, qəbulolunmaz fikirlərdir. Düzdür, cənab Prezidentimiz də həmişə bəyan edib ki, Qarabağda 1988-ci ilə qədər yaşamış erməniləri çıxartmırıq, qalıb yaşaya bilərlər. Bu bizim dövlət siyasətimizdir, deyirik. Ancaq mən bir vətəndaş kimi mövqeyimi bildirirəm ki, o vaxt bir neçə dəfə bizi deportasiya etməsəydilər, bəlkə bu gün Ermənistan deyilən dövlətdə bir neçə milyon azərbaycanlı yaşayardı. Bu gün orda bir nəfər də olsa azərbaycanlı yaşamırsa, Azərbaycanda niyə erməni qalıb yaşamalıdır, hətta parlamentdə oturmalıdır.  Erməniər düşmənçilikərindən əl çəkmir. Yaşadıqları müddətdədə o problemi yaradacaqlar.  

Siyasət rubrikasından digər xəbərlər