Millimiz İngiltərə yığmasını məğlub edib

17:51 23.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ilk oyununu keçirib.

Hafta.az xəbər verir ki, millimiz İngiltərə yığmasına qalib gəlib.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev 2, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.

Qeyd edək ki, komandamız qrupda növbəti oyunlarını mayın 24-də Belçika (13:00), 25-də isə Litva (14:15) seçməsinə qarşı keçirəcək.