Mingəçevirdə evdə qaz sızması ölümlə nəticələnib

19:48 23.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə bədbəxt hadisə ölümlə nəticələnib.

Hafta.az bildirir ki, 1941-ci il təvəllüdlü Rahilə Mahyəddin qızı Osmanovanın yaşadığı evdə qaz sızması səbəbilə partlayış baş verib.

Qadın aldığı yanıq xəsarətləri nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.