Minik avtomobili ağaca çırpıldı - İki nəfər öldü

11:06 14.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yol kənarında ağaca çırpılıb və nəticədə Şəmkir rayon Dəllər Cəyir kənd sakinləri - Çobanlı Kənan Xəqani oğlu və Məmmədli Süleyman Cəbrayıl oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.