Misir Prezidenti: Azərbaycan Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edir

15:21 08.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir.

Hafta.az xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

“Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdik”, - deyə Əbdülfəttah əs-Sisi söyləyib.

Siyasət rubrikasından digər xəbərlər