Misir və Türkiyə hərbi sənaye sahəsində əlaqələri gücləndirir

10:17 20.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirin hərbi istehsal üzrə dövlət naziri Məhəmməd Səlahəddin Mustafa ilə Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şən bir araya gələrək iki ölkə arasında əməkdaşlıq yollarını müzakirə ediblər.

Hafta.az-ın yazdığına görə, Misir Nazirlər Şurasının dünən verdiyi açıqlamada, bu ölkədə hərbi istehsal üzrə dövlət naziri törəmə müəssisələrin və bölmələrin istehsal, texniki və texnoloji imkanlarını nəzərdən keçirib. Görüşdə hərbi istehsal şirkətləri ilə Türkiyənin oxşar şirkətləri arasında müxtəlif istehsal sahələrində birgə əməkdaşlıq ümidləri müzakirə edilib.

“Hərbi İstehsalat Nazirliyi sənaye ilə bağlı hər şeylə məşğul olur, zavodlarını müasir texnologiyalarla tanış edir, hərbi və mülki təyinatlı məhsulların çeşidini genişləndirir, keyfiyyətini və dünya bazarlarında rəqabət qabiliyyətini artırır” deyən misirli nazir Türkiyənin hərbi sənaye şirkətlərini dekabrda Qahirədə keçirilməsi planlaşdırılan EDEX-2023 Müdafiə Sərgisində iştirak etməyə çağırıb və deyib ki, indi onlar sənaye əlaqələrini iki tərəf arasında iqtisadi əlaqələri gücləndirəcək şəkildə dəstəkləməlidirlər. Hərbi İstehsal Nazirliyi Türkiyə tərəfi ilə əməkdaşlıq edərək ərəb və Afrika bazarlarına çıxmaq üçün üfüqlər və daha geniş məkanlar açan yeni istehsal xətləri yaratmağa hazırdır.