Yazını böyüt
Yazını kiçilt
Qərbli turistlərin istirahət üçün getdiyi məkanlardanolan Misirdə Rusiya vətəndaşı köpək balığının hücumuna məruz qalıb.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, hadisə Qırmızı dəniz sahilindəki Hurqada şəhəri yaxınlığında baş verib.
"Pələng" köpəkbalığı Rusiya vətəndaşına dənizdə çimərkən hücum edib. Rusiya vətəndaşı hadisə yerində həlak olub. Rusiyanın TASS xəbər agentliyi mərhumun 1999-cu il təvəllüdlü olduğunu, Misirə istirahətə getmədiyini və onun ümumiyyətlə bu ölkədə yaşadığını bildirib.
Qanlı hadisədən dərhal sonra hərəkətə keçən insanlar rus gənci öldürən köpəkbalığını tutularaq sahilə çıxarıblar. İnsanlar acıqlarını çıxmaq üçün köpəkbalığını döyərək əzab veriblər.
Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.