2027-ci ilə qədər qlobal mobil internetdən istifadənin ayda hər bir smartfon üçün orta hesabla 42 GB-a çatacağı proqnozlaşdırılır. Bu rəqəm 2017-ci ildə istifadənin həcmi ilə müqayisədə 16 dəfə artıma uyğundur.
Hafta.az-ın yazdığına görə, bu artım bütün dünyada, xüsusən də orta gəlirli ölkələr arasında internet istifadəçilərinin sayının artması ilə üst-üstə düşür. Məsələn, 2018-2022-ci illər arasında təkcə Hindistanda mobil internet istifadəçilərinin sayında 170 faiz artım müşahidə olunub.
Aşağıdakı siyahıda Dünya Bankının dərc etdiyi Rəqəmsal Tərəqqi və Trendlər Hesabatının məlumatlarına əsaslanaraq, dünyada ən yüksək mobil internet istifadə dərəcələrinə malik ölkələrin siyahısı verilib.
1. Ayda adambaşına 131,3 GB ilə Kurasao birinci, Küveyt 83,9 GB ilə ikinci, Surinam 72,7 GB ilə üçüncü, Finlandiya 59,1 GB ilə dördüncü, Latviya 52,7 GB ilə beşinci, Səudiyyə Ərəbistanı Krallığı 44,2 GB ilə altıncı, Estoniya 42,4 GB ilə yeddinci, Bəhreyn 41,6 GB ilə səkkizinci, Avstriya 35,1 GB ilə doqquzuncu, Litva 32,1 GB ilə onuncu yerdədir.