Yazını böyüt
Yazını kiçilt
Moldova parlamenti Nataliya Qavrilitsanın gözlənilmədən istefasından sonra prezident Maya Sandu tərəfindən bu vəzifəyə irəli sürülən Dorin Recean hökumətinin proqramını və tərkibini təsdiqləyib.
"Parlament baş nazirin namizədliyini və yeni hökumətin proqramını təsdiqləyib. Onun lehinə 62 deputat səs verib", - qanunverici orqanın sədri İqor Qrosu bildirib. Nazirlər Kabinetini Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası dəstəkləyib. Müxalifətdəki Kommunistlər və Sosialistlər Bloku və Şor Partiyasının liderləri səsvermədə iştirak etməyiblər.