Moldovanın ölkəmizdəki Səfirliyi Meyvə bayramını qeyd edəcək.
Hafta.az-ın yazdığına görə, oktyabrın 28-də, şənbə günü baş tutacaq bayram tədbiri səfirliyin binasında keçiriləcək. Səfirliyin məlumatına görə, tədbir günorta saat 2-də başlayacaq və axşam saat 8-dək davam edəcək.
“Gözəl payız bayramları münasibəti ilə sizi Moldova Respublikasının Bakıdakı Səfirliyinə dəvət etməkdən məmnunluq duyuruq. Ənənəvi yeməklərin və xoş əhval-ruhiyyənin əskik olmayacağı isti abu-havada Meyvə Bayramını birlikdə qeyd edək”, - səfirliyin sosial hesabında yerləşdirilmiş xəbərdə deyilir.
“Uşaqdan böyüyə evimizin, Moldova Respublikasının gözəl xatirələrini yenidən yaşamaq, həm də müsbət emosiyaları birlikdə yetişdirmək imkanımız olacaq. Burada, ölkəmizin guşəsi olan Səfirliyin qərargahında yenidən sizi görməyə şad olarıq”, - xəbərdə əlavə olunur.