Yazını böyüt
Yazını kiçilt
Bu gündən başlayaraq Moskva və ətraf ərazilərdə endirimli daşınmaz əmlak satışının keçiriləcəyi “Qara Cümə” tədbiri bu həftəsonu keçiriləcək.
Hafta.az-ın yazdığına görə, 21-23 iyul tarixləri arasında keçiriləcək tədbir çərçivəsində daşınmaz əmlak satışında bəzi layihələrdə yüzdə 45-ə qədər endirimlərin tətbiq ediləcəyi deyilir.
“Komfort” kateqoriyasındakı yaşayış evlərinin satış qiyməti 3,3 milyon rubldan başlasa da, “biznes sinfində” bu rəqəm 4,7 milyon rubl təşkil edir.
“Mənzillər” 8,1 milyon rubldan başlayan qiymətlərlə satışa çıxarılacaq.
Kampaniya çərçivəsində 600 min rubldan başlayan qiymətlərlə dayanacaqlar və minimum 15,6 milyon rubla kommersiya daşınmaz əmlakı alına bilər.