Azərbaycanlı miqrantların da çoxluq təşkil etdiyi Moskvada kirayə haqqının ən yüksək və ən aşağı olduğu rayonlar açıqlanıb.
Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, “Avito” daşınmaz əmlak xidmətinin məlumatlarına əsasən, şəhərdə ən sərfəli mənzil kirayəsi olan rayonları Moljaninovski, Biryulevo Zapadnoye və Kapotnya kimi göstərib. Ən bahalı iqamətgahlar Arbat, Hamovniki və Presnenskiy rayonlarındadır.
Rayonlar və aylıq kirayə qiymətləri ucuzdan bahaya kimi aşağıdakı kimi göstərilib: Moljaninovski - 30 min rubl (333 dollar), Biryulevo Zapadnoye - 32 min rubl, Kapotnya - 35 min rubl, Nekrasovka - 35 min rubl, Kosino-Uhtomski - 37 min rubl, Tverskoy - 185 min rubl, Meshanski - 200 min rubl, Presnenski - 220 min rubl, Hamovniki - 250 min rubl və Arbat - 250 min rubl (2780 dollar).
Şəhərdə iki otaqlı mənzilin orta kirayəsi 50 min rubl (555 dollar) təşkil edir. Xəbərə görə, ilin əvvəlindən qiymətlər 2 faiz ucuzlaşıb.