Yazını böyüt
Yazını kiçilt
Rusiyada şirkətlər öz data mərkəzlərini Moskvadan uzağa - Uraldan şərqdə yerləşən şəhərlərə köçürür.
Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, buna səbəb “Vaqner”in üsyanı və Moskvaya zərbələr endirən pilotsuz uçuş aparatlarıdır.
Qəzetə danışan “Oxygen” məlumat mərkəzinin baş direktoru Pavel Kulakov deyib ki, Moskva “hər cür təhlükədən uzaq olmaq” xüsusiyyətini itirib. Kulakov bildirir ki, sənaye müntəzəm pilotsuz təyyarə hücumlarından tutmuş siyasi qeyri-sabitliyə qədər bir çox təhlükələrlə üzləşir.
Kulakov onu da bildirir ki, yeni tendensiyanın yaranmasına qədər Rusiyadakı məlumat mərkəzlərinin 90 faizi Moskvada yerləşirdi, lakin onlar yaxın bir neçə ildə vəziyyətin dəyişəcəyini gözləyirlər.