Moskvalılar dron aşkarlayan sistemlərə əldə etməyə çalışır

09:45 05.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvaya edilən dron hücumlarından sonra şəhərdə pilotsuz təyyarələrin aşkarlanması və bloklanması sistemlərinə tələbatda böyük artım var.

Hafta.az-ın "Kommersant" qəzetinə istinadən yazdığına görə, Moskvada binaları hədəf alan pilotsuz təyyarə hücumlarından sonra müəssisələr və vətəndaşlar PUA-ların aşkarlanması və bloklanması sistemləri tələb etməyə başlayıb.

Bir çox vətəndaş bu məhsulları xüsusilə “Avito” reklam saytından alarkən, ekspertlər bu sistemlərin Moskvanı hədəf alan dronları məhv edə bilməyəcəyinə diqqət çəkirlər.

Bildirilir ki, internetdə satışa çıxarılan dron aşkarlama və bloklama məhsullarının qiymətləri 115-300 min rubl arasında dəyişir.

Mayın 30-da səhər saatlarında Moskvaya 8 pilotsuz təyyarə hücum edib.

Moskva meri Sergey Sobyanin bildirib ki, hücum nəticəsində bəzi binalara yüngül ziyan dəyib, iki nəfər yaralanıb.

Oxunma sayı 236