Moskvaya son 75 ilin ən sərin 12 iyulu gəlir

09:16 11.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meteoroloqlar sabah - çərşənbə günü Moskvada son 75 ilin ən sərin 12 iyulunun yaşanacağını açıqlayıblar. Gözlənilən havanın temperaturu 11-16 dərəcə arasında olacaq.

Hafta.az-ın yazdığına görə, “Fobos” meteorologiya mərkəzinin əməkdaşı Yevgeni Tişkovets bildirib ki, iki gün ərzində şəhərdə havanın temperaturu 22-dən 19 dərəcəyə, sonra isə 16 dərəcəyə enəcək. Tişkovets yazır ki, yay istisini payız sərinliyi əvəz edəcək.

Çərşənbə günü gündüz temperatur 13-15 dərəcə arasında olacaq.

Meteoroloq xatırladır ki, şəhərdə temperatur sonuncu dəfə 75 il əvvəl iyulun 12-də 15,1 dərəcə olub.