Belə ki, ötən gün saat 01:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 12-ci kilometrliyində dövlət qeydiyyat nişansız, dəbilqəsiz və manevr qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsü paytaxt sakini 1992-ci il təvəllüdlü Səmədli Siruz və onun qardaşı sərnişin qismində olan 1997-ci il təvəllüdlü Səmədli Xancan saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, hər iki şəxsin özünü şübhəli aparması və xüsusilə X.Səmədlinin əlindəki çantanı gizlətməsi sübhə doğurduğundan çantaya əməkdaşlar tərəfindən baxış keçirilib.
Çantaya baxış keçirilən zaman 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 258,305 qram olan heroin və 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 498,700 qram olan tiryək aşkarlanıb və maddi sübut kimi götürülüb.