Mourinyo "Fənərbağça" ilə müqavilə bağladı

15:14 01.06.2024
Yazını böyüt
Yazını kiçilt

Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Fənərbağça"nı çalışdıracaq.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, 61 yaşlı mütəxəssisin 2 illik müqaviləyə qol çəkdiyini də bildirib.

Qeyd edək ki, son iş yeri "Roma" olan titullu mütəxəssis "Benfika", "Portu", "İnter", "Çelsi", "Real", "Mançester Yunayted" və "Tottenhem"i də çalışdırıb.

Siyasət rubrikasından digər xəbərlər