Müayinəyə gələn qadın özünü klinikanın binasından atdı

10:51 04.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında intihar baş verib.

Klinikaya müayinəyə gəlmiş Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb.

Klinikanın 4-cü mərtəbəsinin eyvanına çırpılan A.Xəlilova vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Tibb Universitetindən bildirilib ki, baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqnları araşdırma aparır.

Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək.

Oxunma sayı 367