Müdafiə Nazirliyinin rəhbərliyi II Şəhidlər xiyabanını ziyarət edib - FOTO

12:58 12.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 12-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

Sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin, eləcə də xiyabanda dəfn olunan digər şəhidlərimizin məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülüb.