Beynəlxalq Kosmik Stansiyada(BKS) xidmət edən Səudiyyə Ərəbistanından olan ilk qadın astronavt Rayana Barnavi kosmosdan nəfəs kəsən kadrları paylaşaraq müqəddəs Məkkə şəhərinin hətta təxminən 400 km məsafədən göründüyünü nümayiş etdirib.
Hafta.az bu haqda “Siasat” nəşrinə istinadla xəbər verir.
Səudiyyə Ərəbistanının mənzərəsini əks etdirən qısa video -çarxda Məkkə şəhəri şüaları müxtəlif istiqamətlərdə uzanan böyük bir işıqlı nöqtə kimi görünür.
Bio-tibb elmləri doktoru Rayana Barnavi videoya şərhində "Biz yuxarıdan çox işıqlı görünən əzəmətli Məkkə şəhərinin üzərindən uçduq" yazıb.
Xatırladılır ki, Əli əl-Qarni və Rayana Barnavi, demək olar ki, 40 ildə BKS-ə gələn ilk səudiyyəlilər olublar. 1985-ci ildə Səudiyyə şahzadəsi Sultan bin Salman kosmosa uçan ilk ərəb olub. Əli və Rayana ABŞ-da yerləşən "Axiom Space" şirkəti üçün özəl missiya yerinə yetirirlər.