“Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirə olunur

11:43 11.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Hafta.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.