NİİM sürücülərə müraciət edib

14:51 20.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət ünvanlayıb.

Bu barədə Hafta.az-a NİİM-dən məlumat verilib.

Bildirilib ki, verilən proqnoza görə, paytaxtda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir. Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir.

Eyni zamanda, yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə, bir sıra küçə və prospektlərdə sürət həddinin endiriləcəyi vurğulanıb.

Həmçinin diqqətə çatdırılıb ki, NİİM yol hərəkəti iştirakçılarının mütəmadi məlumatlandırılmasını təmin edəcək.