ABŞ Nümayəndələr Palatası Ukraynaya təxminən 2 milyard dollar yardım ayırmaq və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə bağlı qanun layihəsini qəbul edib.
Hafta.az xəbər verir ki, hakim partiya rəhbərliyinin əks mövqeyinə baxmayaraq 226 lehinə, 195 səs əleyhinə səs toplayaraq keçən layihə Senata göndərilib. Respublikaçılar Partiyasının 18 təmsilçisi qanun layihəsinin lehinə səs verib. Demokratlar Partiyasından yalnız bir təmsilçi layihənin əlehinə çıxıb.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Demokratlar Partiyasından olan təmsilçisi Qreqori Miks tərəfindən hazırlanan qanun layihəsi Rusiyanın neft və qazına sanksiyalar nəzərdə tutur, Rusiya ilə işgüzar münasibətlər quran maliyyə institutlarına məhdudiyyətləri artırır və Prezident Donald Trampın bu ilin əvvəlində təsdiqlədiyi sanksiyalardan azadolma qaydasını ləğv edir. Bu qanun layihəsi Ukraynaya 1,8 milyard dollar yardım ayırmağı nəzərdə tutur.
Layihə Donald Trampa təqdim edilməzdən öncə 100 yerlik Senatda 60 səs toplamalıdır. ABŞ Prezidentinin Senatdan keçməsi az ehtimal olunan layihəyə veto qoyacağı düşünülür.