Hücumlar Livanın cənubunda davam etdirilir

08:41 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında atəşkəs razılaşması əldə olunmasına baxmayaraq, tərəflər qarşılıqlı zərbələr endirməkdə davam edirlər.

Hafta.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə iki ölkə arasında yeni atəşkəs razılaşması əldə edildikdən cəmi bir neçə saat sonra İsrail və “Hizbullah” arasında qarşılıqlı zərbələr qeydə alınıb.

Bundan əvvəl “Hizbullah” İsrail və Livan hakimiyyətləri arasında əldə edilmiş atəşkəsin şərtləri ilə razılaşmadığını bəyan etmişdi. Qruplaşmanın lideri Naim Qassem cümə axşamı bildirib ki, “işğal davam etdiyi müddətdə müqaviməti dayandırmaqla bağlı heç bir öhdəlik götürməmişik”.

O, İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasının vacibliyini vurğulayıb.

Atəşkəs qüvvədə olsa da, İsrail Livanın cənubunda “Hizbullah”ın hədəflərinə zərbələr endirməkdə davam edir./“The New York Times”/