Narkoman sürücü məsuliyyətə cəlb olundu

13:31 08.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də saat 17 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Məhəmməd Nəcəfovun idarə etdiyi “BMW” markalı avtomobil konstruksiya dəyişiklikləri edilməsinə görə saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, polis əməkdaşları sürücünün və sərnişini Əlirza Əliyevin narkotik vasitə qəbul etdiklərini müəyyənləşdiriblər.

Həmin şəxslər Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə təhvil veriliblər.