Narkotik satan iki nəfər tutuldu

14:12 25.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonundakı Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.

DİN-in Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən Fərrux Cahangirov və Gilənar Quliyeva saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlar barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.