NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanıın Zaporojye atom elektrik stansiyasını partlatması halında Alyansın necə reaksiya verəcəyi sualına cavab verməkdən yayınıb.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bu, NATO-nun qarşıdan gələn sammitinə hazırlıqla bağlı Brüsseldə keçirilən mətbuat konfransında baş verib.
Belə ki, jurnalistlərdən biri zədələnmiş AES-dən yayılacaq radiasiya Alyans ölkələrindən birinin ərazisinə çatacağı təqdirdə Zaporojye AES-də baş verən qəza və ya təxribatın NATO-nun Kollektiv Müdafiə Müqaviləsinin 5-ci maddəsinin tətbiqi üçün əsas olub-olmayacağı ilə bağlı sual verib.
"İlk növbədə nəzərə almaq lazımdır ki, müharibələr mahiyyət etibarilə təhlükəli və gözlənilməzdir. Biz Zaporojye AES ətrafında vəziyyəti çox diqqətlə izləyirik. (...) Bu, müharibə zonasında böyük problemdir. Rusiya NATO və MAQATE-nin ən yaxşı mesajı odur ki, Rusiya stansiyanın ərazisindən ukraynalılara hücum etməməlidir, onlar stansiyanın özünə hücum etməməlidirlər və qoşunlarını geri çəkməlidirlər”, - deyə Stoltenberq bildirib.
O, həmçinin bəyan edib ki, NATO MAQATE-nin atom elektrik stansiyalarında vəziyyətin monitorinqində iştirakını alqışlayır. Bundan başqa, baş katib vurğulayıb ki, müşahidəçilər stansiyanın ərazisində ruslar tərəfindən heç bir minalanma izi aşkar etməyiblər. Bununla belə, Stoltenberq Alyansın qəzaya reaksiyası və kollektiv müdafiə maddəsinin tətbiqinin mümkünlüyü ilə bağlı konkret suala cavab verməyib.