NATO Türkiyəyə təşəkkür edib

16:39 31.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edirəm.

Hafta.az-ın Türkiyə müxbirinin “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq deyib.

O, həmçinin, qeyd edib ki, rus qoşunları Ukrayna ərazisindən geri çəkilmir, sadəcə mövqelərini dəyişir: “Rusiya Ukraynanın şərqindəki Donbass bölgəsində öz hücumunu yenidən qruplaşdırmağa, genişləndirməyə və gücləndirməyə çalışır”.