Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb

17:51 22.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşə düzəltmək adı ilə bir neçə şəxsin xeyli miqdarda pul vəsaitini mənimsəyən, əvvəllər də məhkum olunmuş Culfa rayon sakini Yusifov Araz saxlanılıb.

Hafta.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Babək Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. A.Yusifovun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.