Naxçıvanda qadın boğularaq ÖLDÜRÜLDÜ

10:10 19.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda qadın boğularaq qətlə yetirilib.

 

Bu barədə hafta.az-a Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyunun 19-də saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

 

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.