Nazir Laçında vətəndaşların müraciətlərini dinləyəcək

11:02 02.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev martın 13-də Laçın rayonunda sakinlərin müraciətlərini dinləyəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Hafta.az-a verilən məlumata görə, həmin gün vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar martın 2-4-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılanların əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.