Nazir onları rəis təyin etdi

16:10 06.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərə əsasən, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki R.Qədirov tutduğu vəzifədən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi təyin, polis polkovniki M.Hüseynov vəzifəsindən azad edilərək Goranboy Rayon Polis Şöbəsinin rəisi, Ağsu Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki F.Abbasov vəzifəsindən azad edilərək Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

DİN-in Mətbuat xidmətindən məlumatı “Qafqazinfo”ya təsdiq ediblər.