Neft yenidən bahalaşıb

09:25 02.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin aprel müqaviləsinin dəyəri 0,96% artaraq 1 barelə görə 56,89 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,03% artaraq 54,1 dollar təşkil edib.