Yazını böyüt
Yazını kiçilt
Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, iyulun 7-də saat 14 radələrində Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində Salyan şəhər sakini F.Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.
Nəticədə avtomobildəki sərnişinlərdən - anası Əminə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.