Nərimanovda ticarət obyektindəki yanğın söndürülüb -YENİLƏNİB

10:40 14.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ticarət obyektindəki yanğın söndürülüb.

FHN Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

***

Bu barədə Trend-ə FHN-dən məlumat daxil olub.

FHN-in "112" qaynar xəttinə" Binəqədi rayonunda "Elit" Ticarət Mərkəzinin yaxınlığında ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN Yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyatlarına cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdiirlir. Əlavə məlumat veriləcək.