Netanyahudan kral VI Məhəmmədə dəstək: Qərbi Səhra Mərakeş ərazisidir!

10:50 18.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin baş naziri Benyamin Netanyahu Mərakeş kral VI Məhəmmədə məktub göndərib. 

Hafta.az-ın yazdığına görə, baş nazir Netanyahu məktubda ölkəsinin və hökumətinin "Mərakeşin Qərbi Səhra ərazisi üzərində suverenliyini tanıması” qərarını böyük məmnunluqla diqqətə
çatdırıb.

Baş nazir Netanyahu bildirib ki, ölkəsinin bu mövqeyi İsrail hökumətinin bütün müvafiq aktlarında və sənədlərində öz əksini tapacaq. "Bu qərar İsrailin üzvü olduğu Birləşmiş Millətlər Təşkilatına, regional və beynəlxalq təşkilatlara, habelə İsrailin diplomatik əlaqələr saxladığı bütün ölkələrə göndəriləcək”, - Netanyahu məktubda qeyd edib. 

Netanyahu Suverenə ünvanladığı məktubda İsrailin qərarının konkretləşdirilməsi çərçivəsində “Daxla şəhərində konsulluğun açılmasını” müsbət qiymətləndirdiyini bildirib.