O ölkədə kuryerlərin sayı 1 milyonu keçdi

10:30 09.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada epidemiya dövründə başlayan kuryerlərə tələbat bu gün də davam edir.

Hafta.az-ın Moskvichmag.ru-ya istinadən yazdığına görə, ölkə üzrə kuryer işləyənlərin sayı 1 milyonu keçib. Hansı ki, 2020-ci ildə aparılan araşdırmalarda 2024-cü ilə qədər Rusiyada kuryerlərin sayının 450 minə çatacağı proqnozlaşdırılırdı.

Rusiya Elektron Rabitə Assosiasiyasının məlumatlarına görə, 2021-ci ilə qədər ölkədə çatdırılma sahəsində kuryer işləyənlərin sayı 830 min nəfər olub.

Rusiyada kuryer xidmətləri sektorunun həcmi 2022-ci ildə 24,5 faiz artaraq 1,7 trilyon rubla çatıb.
"Marketplaces" yüzdə 47 ilə onlayn satışlarda ən böyük paya sahibdir.

Rusiyada supermarketlərdən onlayn sifarişlər bir il ərzində 66 faiz artıb.