Oğuzda döyüşə yararlı silah-sursat tapılıb -FOTO

11:15 02.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində Oğuz Rayon Polis Şöbəsi, DİN-in Daxili Qoşunları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, rayonun Bucaq kəndi ərazisindəki meşə massivinə baxış keçirilən zaman oradan döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 78 ədəd avtomat patronu aşkarlanaraq götürülüb. Götürülən qumbara təhlükəsiz əraziyə götürülərək zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.