Öldürdüyü insanlarla birgə yaşayan qatil - VƏSİYYƏTİ İLƏ HAMINI ŞOKA SALDI

17:16 23.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dennis Nilsen 1978-1983-cü illərdə 15 kişini öldürüb. Bu 5 il ərzində heç kim onun adam öldürə biləcəyini, qətlə yetirdiyi insanlarla birgə yaşaya biləcəy  ini təxmin edə bilməzdi. Çünki o, sakit şəkildə məşğulluq idarəsində işləyən adi və mehriban oğlan idi. Amma bir çox cinayətkarlar kimi onun da uşaqlığı çətin keçib. Anası sərt, nevrozdan əziyyət çəkib. Dennis uşaq ikən həm də cinsi azlığın təmsilçilərinə meyl edib,  və cinsi istismara məruz qalmışdı. Son dərəcə mehriban və ağıllı bir insan olan Nilseni tnıyanlar onun qatil olacağını və ya ciddi şəxsiyyət pozğunluğu olduğunu düşünmürdülər.

Hafta.az bu qeyri-adi manyakın cinayət işi və həyatından bəzi məqamları araşdırıb.

 Öz qaydasında yaşayan Nilsen bir müddət sonra tanış olduğu kişiləri öldürməklə silsilə cinayətlərə başlayıb. O, barda tanış olduğu kişini evinə dəvət edib. Lakin həmin adam evə getmək istəməyincə qatil onu öldürüb, sonra bədənini təmizləyərək onunla "vaxt keçirib". İfadələrinə görə, o, həm ölülərdən ləzzət alıb, həm də tənhalığını bu yolla aradan qaldırıb. Qurbanlarını öldürdükdən sonra onları tamamilə soyundurub və bədənlərinə pudra sürtüb. Qurbanlarını öz yerində oturtdurdu ki, onlar olduqları yerdə qalsınlar və onu tərk etməsinlər.

Dennis Nilsenin bu vəziyyət o qədər xoşuna gəlib ki, görüşdüyü və ya birlikdə olduğu hər kişini bir-bir öldürməyə başlayıb. Əvvəlcə kəndir və ya su ilə onları boğub. Meyitlərin sayı artdıqca onlardan qurtulmağın yollarını arayıb. Əvvəlcə cəsədləri evində taxta döşəmələrin altında gizlətməyə çalışıb. Sonra şkafa qoyub. Daha sonra cəsədləri yandırmaqla qurtulmaq istəsə də bu da gözlənilən nəticəni verməyib. Nəhayət, öldürdüyü insanlarla işi bitdikdən sonra onları doğrayaraq kanalizasiyaya atıb.

Qurbanlara aid bədən hissələri kanalizasiyanı tutduğu üçün qonşular şikayət ediblər. İlk öncə qalıqların heyvanlara aid olduğu düşünülsə də, sonradan insan əzaları olduğu aşkarlanıb. Polisin fəaliyyəti nəticəsində qatilin kimliyi tez bir zamanda üzə çıxıb. Qəribəsi o idi ki, qatil tez tapılsa da, cəsədlərin kimə aid olduğu məlum deyildi. Qatil aydındır, bəs qatil kimdir? Öldürülənlər haqqında bir dənə də olsun xəbər yox idi...

Ölənlərin kimliyini araşdıran polis, onların əksəriyyətinin ailələri tərəfindən atılanlar və homoseksual olduğunu müəyyən edib. Polisə dayanmaq istədiyini bildirən lakin həyatında başqa həyəcan tapa bilmədiyi üçün qətllərə davam edən Dennis Nilsen ömürlük həbs cəzasına məhkum edilib.

Nilsen 10 may 2018-ci ildə mədəsində şiddətli ağrılardan şikayətlənərək xəstəxanaya yerləşdirilərkən ömürlük həbs cəzası çəkirdi. Onun qarın nahiyəsində damar anevrizması olduğu anlaşılınca müalicə olunub. Lakin o, sonradan mədə əməliyyatının fəsadı kimi qan laxtalanmasından əziyyət çəkib. Nilsen ömürlük həbsinin 34 ilini çəkdikdən iki gün sonra 2018-ci il mayın 12-də həbsxanada ölüb.

Nilsenin külləri 2018-ci ilin iyununda qohumu Mark Ostinə verilib. Nilsen Ostinə külünün qurbanlarını yandırdığı köhnə evinin bağçasına səpilməsini istədiyini söyləyib. Ostin Nilsenin xahişini rədd edərək, "Bunun təhqir olduğunu düşündüm. Vaxtı gələndə yəqin ki, onun külünü dənizə səpərəm" deyib.