Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək

09:00 27.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən martın 1-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Hafta.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 27 fevral saat 00:00-dan 1 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.