“Ölkəmiz yeni dünya nizamını formalaşdırmaq gücünə malikdir” - Narendra Modi

11:45 17.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Baş naziri Narendra Modi ölkəsinin çox mühüm dönüş nöqtəsinə çatdığını və Kovid-19 pandemiyasından sonra yaranan yeni dünya nizamını formalaşdırmaq gücünə malik olduğunu söyləyib.

Hafta.az-ın “Press Trust of India”ya istinadən yazdığına görə, baş nazir vətəndaşları əmin edib ki, 5 ildən sonra “parlaq yeni Hindistan günəşi doğacaq”.

77-ci Müstəqillik Günü münasibətilə ictimaiyyətə xitab edən Modi vətəndaşları ölkənin potensialını reallaşdırmaq üçün fürsətdən yararlanmağa çağırıb. O, bu dövrdə verilən qərarların və fədakarlıqların ölkəyə gələcək min il ərzində təsir edəcəyini bildirib.

"Bu gün bizdə demoqrafiya, demokratiya və müxtəliflik var və bu üç amil Hindistanın bütün arzularını həyata keçirməyə imkan verəcək" deyib Modi.

“Hindistan qeyri-sabitlik dövründən sağ çıxdı. Biz 2014-cü ildə dünyanın ən yaxşı 10 iqtisadiyyatı sırasında idiksə, bu gün 1,4 milyard vətəndaşın əməyi ilə dünyanın 5-ci ən böyük iqtisadiyyatına çevrilmişik. Bu, təsadüfən baş verməyib”, - deyə o əlavə edib.