Ölkəyə qanunsuz dərman gətirmək istədilər 

13:25 18.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) hafta.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, yoxlama zamanı avtomobilin müxtəlif saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1 200 ampul dərman preparatları aşkar edilib.