Ölmüş dölü bağ evinə atan qadın saxlanıldı 

12:49 13.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölmüş dölü bağ evinə atan qadın saxlanılıb.

 

Bu haqda hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Söylənilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

 

Hazırda araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, bu gün səhər saatlarında N.Həsənova paytaxtın Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə ataraq qaçıb.       

Oxunma sayı 53