Orban Sorosu “Xaç atası” ilə müqayisə etdi

16:20 12.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Macarıstanın baş naziri Viktor Orban amerikalı maliyyəçi Corc Sorosun 25 milyard dollarlıq fond imperiyasına nəzarəti 37 yaşlı oğluna təhvil vermək qərarına gəldiyinə dair xəbərləri şərh edərək, vəziyyəti “Xaç atası” filmindən bir səhnə ilə müqayisə edib. Müvafiq postu siyasətçi öz Tvitter səhifəsində dərc edib.

Orban, Francis Ford Coppola-nın mafiya klanının başçısının imperiyaya nəzarəti oğluna təhvil verdiyini göstərən filmindən kadrları olan GIF-i yerləşdirib.

Sorosun biznes üzərində nəzarəti oğlu İskəndərə ötürməsi barədə iyun ayında The Wall Street Journal xəbər vermişdi. Keçən ilin dekabrında 92 yaşlı maliyyəçi Açıq Cəmiyyət fondlarının idarə heyəti onun oğlu Aleksandrı sədr seçib.