Ötən gün yol qəzalarında 4 nəfər ölüb

10:39 17.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 16-da Azərbaycanda baş verən yol qəzalarında 4 nəfər ölüb.

Hafta.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.