Ötən həftə 121 hektar ərazi minadan təmizlənib

18:39 08.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, noyabrın 1-dən 6-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 173 piyada əleyhinə, 143 tank əleyhinə mina və 93 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 121 hektar ərazi mina və PHS-lərdən təmizlənib.