Rusiyada helikopter qəzaya uğrayıb

22:13 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Krasnodar diyarında kənd təsərrüfatı işlərini yerinə yetirən “Mi-2” helikopteri qəzaya uğrayıb.

Hafta.az xəbər verir ki, hadisə Slavyan rayonunun Prikubanski xutoru ərazisində ödənişli avtomobil yolu yaxınlığında baş verib.

İlkin məlumata görə, qəzaya mühərrikin nasazlığı səbəb ola bilər.

Qəza nəticəsində hava gəmisinin pilotu həlak olub. Hadisənin başvermə şəraiti araşdırılır.